İstifadə şərtləri.
izora xidmətindən istifadə qaydaları.
Qüvvəyə minmə tarixi: 1 noyabr 2026.
Razılaşma
izora istifadə etməklə bu şərtləri və məxfilik siyasətini qəbul edirsən. 18 yaşın tamam olmayıbsa, şərtləri valideyninlə və ya qanuni nümayəndənlə birlikdə oxu.
Xidmət
izora buraxılış imtahanına hazırlıq üçün suallar, sınaqlar, izahlar və irəliləyiş göstəriciləri təqdim edir. izora DİM-in rəsmi xidməti deyil və DİM ilə bağlı deyil.
Giriş hazırda dəvətlə açılır və xidmət ödənişsizdir. Ödəniş tətbiq edilsə, əvvəlcədən xəbər verəcəyik.
Hesabın
- Məlumatları düzgün yaz.
- Hesab bir nəfər üçündür, başqası ilə paylaşma.
- Parolunu qoru. Hesabından başqasının istifadə etdiyini düşünürsənsə, dərhal bizə yaz.
Qadağandır
- sualları, cavabları və izahları kopyalayıb yaymaq və ya satmaq;
- saytdan avtomatik vasitələrlə məlumat çıxarmaq;
- qorumaları, limitləri və giriş qaydalarını keçməyə çalışmaq;
- başqasının hesabından istifadə etmək;
- saytın işinə mane olmaq.
Məzmun
Suallar və digər materiallar yalnız şəxsi hazırlıq üçündür. Onların hüquqları izora və ya müvafiq hüquq sahiblərinə məxsusdur. Yazdığın cavabların hüququ səndə qalır. Onları yoxlamaq və xidməti göstərmək üçün istifadə etməyə icazə verirsən.
Müəllimlər yaratdıqları testlərə görə özləri cavabdehdir: testə başqasının hüququnu pozan material əlavə etməməlidirlər.
Nəticələr və süni intellekt
Proqnoz ballar və səviyyələr təxminidir, imtahan nəticəsinə zəmanət vermir. Yazılı cavabları süni intellekt yoxlayır, suallarda və izahlarda da səhv ola bilər. Səhv görsən, bizə yaz.
Xidmətdə dəyişiklik və girişin bağlanması
Xidməti dəyişə, müvəqqəti dayandıra və ya bağlaya bilərik. Bu şərtləri pozan hesabın girişini bağlaya bilərik. İstədiyin vaxt hesabının silinməsini istəyə bilərsən.
Məsuliyyət
Xidmət «olduğu kimi» təqdim olunur. Fasiləsiz və səhvsiz işləyəcəyinə zəmanət vermirik. Qanunun icazə verdiyi həddə xidmətdən istifadədən yaranan zərərə görə məsuliyyət daşımırıq.
Dəyişikliklər və qanun
Şərtlər dəyişə bilər. Yeni variantı bu səhifədə, yeni tarixlə yerləşdirəcəyik. Dəyişiklikdən sonra istifadəni davam etdirmək yeni şərtləri qəbul etmək deməkdir. Bu şərtlərə Azərbaycan Respublikasının qanunvericiliyi şamil olunur.
Əlaqə
Sualın varsa, support@izora.ai ünvanına yaz.