Hər sual
sənə görə.

izora test toplusunu əvvəldən axıra qədər həll etdirmir. Sənin cavablarını izləyir, hansı mövzunu həqiqətən bilmədiyini tapır və növbəti sualı məhz oradan verir. Hər səhv cavab bir izahla, hər izah yeni bir sualla tamamlanır.

Test toplusu deyil —
səni tanıyan bir müəllim.

Kitabı əvvəldən sona həll etmək vaxtının böyük hissəsini artıq bildiyin mövzulara xərcləyir. izora bunun əksini edir: bilmədiyini tapır və vaxtını oraya yönləndirir.

  • Kitab 1-ci sualdan 500-cü suala qədər — hamı üçün eyni sıra
  • izora hər cavabdan sonra yenidən qurulan sıra — yalnız sənin üçün
  1. 01

    Diaqnostika

    Sistem fənlərin altındakı hər mövzunu ayrıca qiymətləndirir — «fizikanı bilmirsən» yox, «izoproseslərdə təzyiq–temperatur nisbətini bilmirsən».

  2. 02

    Bir sual, bir ekran

    Qarşında həmişə yalnız bir sual olur. Cavab verirsən, izahı oxuyursan, sonra növbətisi gəlir. Nə vaxt dayanacağını sən seçirsən.

  3. 03

    İzah

    Cavab düz və ya səhv — fərqi yoxdur, izah gəlir. Səhv variantın niyə cəlbedici olduğu da göstərilir, çünki tələ variantları təsadüfi qoyulmur.

  4. 04

    Təkrar

    Bir dəfə düz cavablamaq öyrənmək demək deyil. Həmin mövzu unutma əyrisinə uyğun olaraq günlər sonra fərqli sual şəklində qarşına çıxır.

Bir sual cavabla — xəritə dəyişsin.

Hər pillə bir mövzu, dolu hissə isə mənimsəmə balın. Pilləyə toxun — sual həmin mövzudan gəlsin; nişanı növbəti sualın haradan gələcəyini göstərir.

Hazırlığın sonunda əlində nə olur.

Bilik xəritəsi

Mövzu səviyyəsində mənzərə.

«Fizikadan 60%» kimi mənasız rəqəm yox — «kinematikadan güclü, izoproseslərdən zəif». Hazırlıq planı da elə buradan qurulur.

İzah mühərriki

Hər səhvin adı var.

Düzgün yol addım-addım açılır, seçdiyin səhv variantın hansı tipik yanılmadan yarandığı göstərilir — eyni səhvi ikinci dəfə etməmək üçün.

Aralıqlı təkrar

Zəif mövzu geri qayıdır.

İlk düzgün cavabdan sonra mövzu yox olmur: 2, 7 və 21 gün sonra fərqli formulasiyada qarşına çıxır. Bal qalxdıqca aralıqlar uzanır.

İmtahana qədər hər gün bir pillə.

Ad, e-poçt və parol, sonra iki qısa sual — bir dəqiqədən az çəkir.

Hesab aç və başla → Artıq hesabın var?