İzzət Orucova
Layihənin adı Azərbaycanın ilk kimyaçı qadın alimlərindən və həmçinin ekranda baş rola çəkilmiş ilk azərbaycanlı qadın olan İzzət Orucovaya əsaslanıb.
1929-cu ildə, hələ tələbə ikən, «Sevil» filmində baş rolu oynadı. Sonra elmə keçdi: Sənaye İnstitutunu bitirdi, ömrünü neft kimyasına həsr etdi, elmlər doktoru oldu və Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Arxasında 300-ə yaxın elmi əsər qoydu.
Bu adı seçdik ki, şagirdlər onu tanısın. İmtahan yalnız bir mərhələdir; əsas olan ondan sonra da öz arzularının arxasınca getməkdir.
Layihəmizin əsas məqsədi süni intellektdən istifadə edərək şagirdlərin universitetə qəbul olmasına kömək etməkdir. izora bu yolda ilk addımdır.
Biliyini inkişaf etdirməyə başla
Hesab hazırda dəvətlə açılır. Dəvətin yoxdursa, icazə istəyə bilərsən.
Fənlərin səni gözləyir.