Məxfilik siyasəti.
izora hansı məlumatları toplayır, nə üçün istifadə edir və kimlərlə paylaşır.
Qüvvəyə minmə tarixi: 1 noyabr 2026.
Biz kimik
izora buraxılış imtahanına hazırlıq platformasıdır. Bu siyasət izora.ai və practice.izora.ai ünvanlarına aiddir. Sualın varsa, support@izora.ai ünvanına yaz.
Hansı məlumatları toplayırıq
- Hesab: ad, soyad, e-poçt ünvanı və parol. Parolu açıq mətn kimi saxlamırıq.
- Profil: ixtisas qrupu, məqsəd və gündəlik hədəf. Müəllimlər üçün: tədris etdiyi fənlər və iş yeri.
- Təhsil məlumatları: cavabların, yazılı işlərin, balların, səhvlərin, sınaq nəticələrin və irəliləyişin.
- Giriş sorğusu: dəvət istəyəndə yazdığın e-poçt, ad və qeyd.
- İstifadə məlumatları: açdığın səhifələr, basdığın düymələr, səhifədə keçirdiyin vaxt, cihaz və brauzer növü, ekran ölçüsü, dil, saat qurşağı və texniki xətalar. Testin içində köçürmə, yapışdırma və ya sağ klik olubsa, bunun baş verdiyini də qeyd edirik, mətnin özünü yox.
İstifadə məlumatlarına yazdığın mətnlər, e-poçt və parol daxil deyil.
Google ilə giriş
Google ilə daxil olsan, Google bizə adını, e-poçt ünvanını və profil şəklinin ünvanını verir. Ad və e-poçtu hesabını açmaq və səni tanımaq üçün istifadə edirik. Profil şəklini saytda göstərmirik. Google hesabındakı başqa məlumatlara (məktublar, fayllar, kontaktlar) çıxışımız yoxdur.
Google-dan aldığımız məlumatları satmırıq, reklam üçün istifadə etmirik və süni intellekt modellərini öyrətmək üçün vermirik.
Məlumatlardan necə istifadə edirik
- hesabını açmaq və qorumaq;
- sualları, səviyyələri və təkrarları sənə uyğun seçmək;
- cavablarını yoxlamaq və irəliləyişini göstərmək;
- parol bərpası kimi zəruri məktubları göndərmək;
- xətaları tapmaq, saytı yaxşılaşdırmaq və sui-istifadənin qarşısını almaq.
Məlumatlarını satmırıq və reklam üçün istifadə etmirik.
Kimlərlə paylaşırıq
Məlumatlar xidməti işlətmək üçün bu şirkətlərin sistemlərindən keçir. Onların serverləri Azərbaycandan kənarda ola bilər.
- Supabase: verilənlər bazası və hesablara giriş.
- Google Cloud: saytın yerləşdirilməsi.
- Google Fonts və jsDelivr: şriftlər və proqram kitabxanası. Səhifə açılanda brauzerin bu xidmətlərə IP ünvanını göndərir.
- Resend: parol bərpası məktublarının göndərilməsi. E-poçt ünvanını və məktubun mətnini alır.
- Google Workspace: support@izora.ai ünvanına yazdığın məktubların saxlanması.
- Anthropic: süni intellektlə yazılı cavabların yoxlanması. Sualı və cavabının mətnini alır. Adın və e-poçtun göndərilmir.
Məlumatların başqalarına yalnız bu hallarda görünür:
- Müəllim: onun testinə qatılsan, müəllim nəticəni adın və e-poçtunla görür.
- Valideyn keçidi: keçidi özün yaradıb paylaşsan, onu açan hər kəs həftəlik xülasəni görür.
- Qanun: qanun tələb etdikdə məlumatı səlahiyyətli orqanlara verə bilərik.
Kuki və brauzer yaddaşı
Reklam kukisi işlətmirik. İki kukimiz var: izora-did cihazı bir il tanıyır, izora-sid isə bir ziyarəti 30 dəqiqəlik fasiləyə qədər izləyir. Brauzer yaddaşında giriş sessiyasını, hesab rolunu və seçdiyin rəng rejimini saxlayırıq.
Nə qədər saxlayırıq
Hesab və təhsil məlumatlarını hesabın qaldıqca saxlayırıq. Hesabını silmək üçün qeydiyyatdan keçdiyin e-poçtdan support@izora.ai ünvanına yaz. Hesabla birlikdə profil və təhsil məlumatların silinir. İstifadə məlumatları statistika üçün qala bilər, amma artıq hesabına bağlı olmur.
18 yaşdan kiçiklər
İstifadəçilərimizin çoxu şagirddir. 18 yaşın tamam olmayıbsa, bu siyasəti valideyninlə və ya qanuni nümayəndənlə birlikdə oxu. Valideyn övladının məlumatları ilə bağlı support@izora.ai ünvanına yaza bilər.
Hüquqların
Məlumatlarının surətini istəyə, səhvləri düzəltdirə, silinməsini tələb edə və razılığını geri götürə bilərsən. Bunun üçün support@izora.ai ünvanına yaz.
Dəyişikliklər
Bu siyasət dəyişə bilər. Yeni variantı bu səhifədə, yeni tarixlə yerləşdirəcəyik. Əhəmiyyətli dəyişiklik barədə ayrıca xəbər verəcəyik.
Google user data (English summary)
If you sign in with Google, izora receives your name, email address and profile picture address (scopes: openid, email, profile). We use your name and email only to create your account and identify you, and we do not display the picture. We do not access other Google data. We do not sell Google user data, use it for advertising, or use it to train AI models. To delete your account and its data, write to support@izora.ai.